Batrakov: "Hər oyunda 'Lokomotiv'i izləyirəm"


"Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakov heç bir 'Lokomotiv' oyununu buraxmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, rusiyalı futbolçu həm Rusiya çempionatını, həm də Türkiyə Superliqasını izlədiyini deyib. O, İstanbulda ilk günlərində rus kanallarını izləmək üçün ona kömək edildiyini vurğulayıb. Batrakov bildirib ki, istirahət günləri az olur, çünki həftəsonları oyunlar, çərşənbə günləri isə Çempionlar Liqası qarşılaşmaları keçirilir. O, bu dövrün futbol karyerasında ən fəal mərhələ olduğunu qeyd edib.
