"Barselona", "Real Madrid" və "Atletiko" İspaniya Kubokunun ilk mərhələsində iştirak etməyəcək


İspaniya Kubokunun ilk mərhələsində bəzi aparıcı klublar mübarizəyə qoşulmayacaq.
Offsideplus.az xəbər verir ki, ölkənin Superkubokunda çıxış edən "Barselona", "Real Madrid", "Atletiko" və "Real Sosyedad" bu mərhələdə iştirak etməyəcək.
Qeyd edək ki, ilk raundun 24 oyunu oktyabrın 28-dən noyabrın 10-13-nə təxirə salınıb. Bu qərar Toledoda baş vermiş dəmiryolu qəzasında zərərçəkənlərə dəstək məqsədilə qəbul edilib.
