“Barselona” onu satmır


İspaniya klubu “Barselona”nın idman direktoru Deko komandanın müdafiəçisi Alexandro Baldeni satmaq niyyətində olmadığını açıqlayıb.
Sportify.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə İngiltərə klubları – “Mançester Yunayted” və “Liverpul”un maraqlandığı bildirilir.
“Baldeni satmağı planlaşdırırıq? Xeyr. O, Xavinin rəhbərliyi altında çempionluq qazanan komandada yer alıb və fantastik futbolçu olaraq qalır. Sonda hər şey oyun dinamikasından və yaranan vəziyyətlərdən asılıdır. Bu isə onun sabah yenidən meydana çıxa bilməyəcəyi demək deyil.
Futbolçular dəyişə bilirlər, xüsusilə də gənc yaşda. Balde nəyə qadir olduğunu artıq nümayiş etdirib. Təbii ki, futbolçunun öz mövqeyi də vacibdir. Lakin o, bizə narazı olduğunu bildirməyib. Vəziyyət belə deyil”, – deyə Deko “Tot Costa”ya açıqlamasında bildirib.
Balde 2026/27 mövsümündə “Barselona”nın heyətində 5 oyun keçirib və məhsuldar göstərici ilə yadda qalmayıb. Onun klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
“Transfermarkt” portalı ispaniyalı müdafiəçinin bazar dəyərini 40 milyon avro qiymətləndirir.
1 mənbə
