“Barselona” Holand üçün hərəkətə keçdi


İspaniyanın “Barselona” (Barcelona) klubu “Mançester Siti”nin (Manchester City) ulduz hücumçusu Erlinq Holandı (Erling Haaland) transfer etmək üçün plan hazırlayır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sports Illustrated” yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi norveçli futbolçu üçün 2027-ci ildə böyük təklif göndərməyi nəzərdən keçirir. “Barselona”nın Holand üçün təxminən 130 milyon funt-sterlinq (172 milyon dollar) məbləğində təklif hazırladığı iddia olunur.
Holandın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Buna görə də transferin reallaşması asan görünmür.
Bununla belə, “Barselona”nın norveçli hücumçunu uzunmüddətli hücum planının əsas fiqurlarından biri kimi nəzərdən keçirdiyi bildirilir. Klubun Erlinqlə bağlı əsas planının 2027-ci ilə hesablandığı və Lamin Yamalın (Lamine Yamal) ətrafında güclü hücum xətti qurmaq istədiyi qeyd olunur.
Əlisahib İbrahimli
