Lillard Adetokumboya verdiyi məsləhəti açıqladı
1sport.az1Sport.az

Demyen Lillard keçmiş komanda yoldaşı Yanis Adetokumboya verdiyi məsləhətdən danışıb.
1Sport.az xəbər verir ki, “Portlend Treyl Bleyzers”in oyun qurucusu “Milvoki Baks”dan ayrılmaq istəyən Adetokumboya başqa komandada hər şeyin daha yaxşı olmayacağını bildirib.
“Qarşı tərəfdəki ot həmişə daha yaşıl olmur. Səni başqa yerdə öz evindəki kimi sevməyəcəklər. Mən bunu indi özüm hiss edirəm”
Qeyd edək ki, 36 yaşlı basketbolçu karyerasının ilk 11 mövsümünü “Portlend”də keçirib. 2023-cü ildə Adetokumbo ilə çempionluq ümidi ilə “Milvoki”yə keçsə də, 2025-ci ildə yenidən sabiq klubuna qayıdıb.
