“Barselona”da zədəlilər – iki futbolçunun durumu narahatlıq yaratdı
İdmanXəbəradmin


“Barselona”nın futbolçuları Pau Kubarsi və Frenki de Yonq zədələnib.
İdmanxeber.az xəbər verir ki, Kataloniya klubunun məlumatına görə, Kubarsinin bud-çanaq nahiyəsində gərginlik, De Yonqun isə əzələ zədəsi aşkarlanıb. Niderlandlı yarımmüdafiəçinin “Vilyarreal”la qarşılaşmaya qədər hazır olacağı gözlənilir.
Kubarsinin iştirakı isə bərpa prosesindən asılı olacaq.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
