Barışıq sazişinin şərtlərini ədalətsiz hesab edən şəxs məhkəməyə müraciət edə bilər
Həftəlik.azadmin


Barışıq sazişi ilə mənafelərinə toxunulan şəxs onun şərtlərini ədalətsiz hesab etdikdə məhkəməyə müraciət edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə müraciət sazişin təsdiqi barədə ərizəyə baxıldığı müddətdə və ya həmin ərizəyə baxılmamışdan əvvəl edilə bilər. Şəxs məhkəmədən sazişin dəyişdirilməsini və ya təsdiq edilməməsini tələb edə bilər. Məhkəmə iclasında sazişin təsdiqinə etiraz edən hər bir kreditoru dinləməlidir. Məhkəmə bu fəslin bütün tələblərinin yerinə yetirildiyinə əmin olmadıqda sazişi təsdiq edə bilməz.
Yazı naviqasiyası
1 mənbə