Bakıda uşaqlar üçün yeni layihəyə start verildi: JirTown şəhər sakinləri ilə görüşəcək!


19.11.2026 - 20:23
Bakıda uşaqlar və ailələr üçün nəzərdə tutulan yeni və maraqlı layihə – JirTown fəaliyyətə başlayıb.
Layihə çərçivəsində hər həftə 3 JirTown fiquru şəhərin müxtəlif məkanlarında görünəcək. Onlar Bakının küçələrini və görməli yerlərini gəzəcək, yerli sakinlərlə tanış olacaq və onlarla xatirə fotoları çəkdirəcəklər.
Lakin JirTown-un macərası bununla bitməyəcək. Şəhər gəzintisini başa vurduqdan sonra hər bir fiqur şəkil çəkdirdiyi məkanlardan birinə geri qayıdaraq yeni sahibini gözləyəcək. JirTown həmin yerdə onu kimsə tapıb özü ilə aparana qədər qalacaq.
JirTown-u necə tapmaq olar?
Layihədə iştirak etmək üçün şərtlər olduqca sadədir:
1. Şəhərin müxtəlif yerlərində JirTown fiqurlarını axtarın. 2. Onu tapdıqda şəkil çəkdirin. 3. Şəkli Instagram hekayənizdə (Story) paylaşın. 4. Layihənin rəsmi səhifəsini tag edin. 5. Tapdığınız JirTown-u özünüzlə apararaq kolleksiyanıza əlavə edin.
Layihənin əsas məqsədi uşaqlar üçün şəhər mühitində maraqlı macəra yaratmaq, Bakının müxtəlif məkanlarını tanıtmaq və ailələrin birlikdə keçirəcəyi vaxtı daha əyləncəli etməkdir.
Beləliklə, hər həftə Bakıda 3 yeni JirTown macərası başlayacaq.
JirTown – Kiçik qəhrəman, böyük macəra!
Bəlkə də növbəti JirTown elə sizin olduğunuz məkandadır!
1 mənbə
