Bakıda tuneldə su boruları partlayıb - FOTOLAR


CƏMİYYƏT
21 Noyabr 2026 | 23:13 | Müəllif: Gülşən Şərif
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.
Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.
Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.
Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.
Dərc vaxtına görə
