Bakıda tuneldə su boruları partladı - Avtomobillərin hərəkəti çətinləşdi


Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.
Bizim.Media xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.
Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.
Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.
Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir. (Apa.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
