Bakıda tuneldə su boruları partlayıb - avtomobillərin hərəkəti çətinləşib - FOTO


Mətn ölçüsü:
100%
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.
Ölkə.az APA-ya istinadla xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.
Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.
Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.
Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.
Bütün xəbərlər
Dərc vaxtına görə

Lent.az+1 mənbə