Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək


18 Noyabr 2026 16:10
111
İQTİSADİYYAT
Bakıda avtomobillərin ödənişli hərəkət zonalarına daxil olmasına görə, müəyyən ediləcək haqq dövlət büdcəsinə ödəniləcək. Bu məsələ “Avtomobil yolları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi Milli Məclisdə keçirilən plenar iclasda müzakirəyə çıxarılıb. Təklifə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları, eləcə də nəqliyyat vasitələrinin həmin ərazilərə daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Dəyişikliklərdə digər mühüm məqam ictimai nəqliyyat xidmətlərinin maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını həyata keçirən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya ayrılması nəzərdə tutulur. Bu subsidiyalar müvafiq qurumun müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.
Beləliklə, qanun layihəsi həm paytaxtda ödənişli hərəkət zonalarının tətbiqinin hüquqi və maliyyə mexanizmlərini, həm də məsafə əsaslı sərnişindaşıma xidmətlərinin subsidiyalaşdırılmasını əhatə edir.
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
