Bakıda keçmiş həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən şəxs qismən təqsirli olduğunu bildirib


Bakıda keçmiş həyat yoldaşı Amalya Qəhrəmanovanı küçədə ov tüfəngi ilə qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gunxeber.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham aktını elan edib.
Zaur Qəhrəmanov ittihamlar üzrə özünü qismən təqsirli bildiyini deyib.
Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin olunub.
Hadisə 2026-cı il iyulun 9-da Bakının Nəsimi rayonunda, Mircəlal küçəsi 2a ünvanında baş verib.
İttihama əsasən, Zaur Qəhrəmanov BMW markalı avtomobillə əraziyə gələrək keçmiş həyat yoldaşı Amalya Qəhrəmanovanı görüşə çağırıb. Onun ov tüfəngini avtomobilin yük yerində gizlətdiyi bildirilir.
Keçmiş ər-arvad arasında azyaşlı övladları ilə bağlı mübahisə yaranıb. Zaur Qəhrəmanov uşağı özü ilə aparmaq istəsə də, Amalya Qəhrəmanova buna razılıq verməyib.
Hadisə günü qadının azyaşlı övladı ilə birlikdə işlədiyi aptekdə olduğu bildirilir. Z.Qəhrəmanov uşağı avtomobilə gətirməsini istəyib. Amalya Qəhrəmanova uşağı atasının yanına aparsa da, Zaur Qəhrəmanovun onunla birlikdə ərazidən uzaqlaşmaq istədiyini gördükdən sonra övladını geri alaraq aptekə qayıdıb.
Bundan sonra Zaur Qəhrəmanovun avtomobildə saxladığı ov tüfəngini götürərək aptek istiqamətində getdiyi bildirilir. Amalya Qəhrəmanova uşağı aptekdə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Təqsirləndirilən şəxs qadına çataraq ona ov tüfəngindən atəş açıb. Amalya Qəhrəmanova aldığı xəsarətlərdən həyatını itirib.
Qətlin azyaşlı uşağın gözü qarşısında törədildiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, Zaur Qəhrəmanov Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
15:30
10:55
10:30
01:25
20:33
17:40
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Bakıda keçmiş həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən şəxs qismən təqsirli olduğunu bildirib
