"AZƏRİQAZ"ın DAHA BİR İDARƏSİ TAMAMİLƏ LƏĞV OLUNUR - Yanvarın 1-dən...


CƏMİYYƏT
17.11.2026, 09:21
Son bir ildə “Azəriqaz” İstehsalat Birliyində optimalaşdırma adı altında aşağı təbəqədə aparılan kütləvi ixtiisar və qurumların ləğvi prosesi davam edir.
Bu barədə Mia.az-a qurumdan daxil olan məlumata görə, "Azəriqaz” İstehsalat Birliyinin "yarımcan" edilən Təmir-Tikinti İdarəsi yanvar ayından etibarən tamamilə ləğv olunacaq.
Məlumatda deyilir k, indiyədək ölkə üzrə qaz-paylayıcı infrastrukturun qurulması, qaz xətlərinin çəkilməsi, təmiri və yenidənqurulması işlərini həyata keçirən struktur bölmənin ləğvi prosesi yanvarın 1-dək yekunlaşacaq: "Məlumat üçün qeyd edək ki, idarənin artıq səlahiyyətləri məhdudlaşdırılmışdı, işçilərin çoxu kompensiyasiya verilməklə yola salınmışdı. Ancaq təhvil-təslim və ləğvetmə prosesi hələ davam etdiyindən kağız üzərində idarə qalır. Buna isə 2027-ci ilin yanvar ayının 1-də nöqtə qoyulacaq".
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
