Azərbaycanlı siyasətçi qətli sifariş verib?-ŞOK DETALLAR


Gürcüstanda Qardabani Bələdiyyə Şurasının keçmiş sədr müavini, müxalifətçi siyasətçi Rafi Orucov keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etməyə cəhd göstərmək ittihamı ilə həbs edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az 24news.ge-yə istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbiri Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili tərəfindən seçilib.
Məhkəmə iclasında prokurorluq Orucovun həbsdə saxlanılmasını, müdafiə tərəfi isə 50 min lari (təxminən 33 min manat) girov müqabilində azadlığa buraxılmasını istəyib. Məhkəmə prokurorluğun vəsatətini təmin edib.
İstintaqın versiyasına görə, boşandıqdan sonra qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürməyi planlaşdıran Orucov tanışına 25 min dollar müqabilində qatil tapmağı tapşırıb. O, həmçinin cinayətin cütlüyün üç azyaşlı övladının yanında olmadığı vaxt törədilməsini tələb edib.
Qeyd edək ki, Rafi Orucovun saxlanılması barədə daha əvvəl də məlumat yayılıb. Yerli medianın məlumatına görə, keçmiş həyat yoldaşları arasında uzun müddətdir davam edən münaqişə məhkəmə çəkişmələri ilə müşayiət olunub.
Rafi Orucova qarşı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə üzrə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.