Azərbaycanın turizm potensialı Afinada təqdim olunub


4 mənbə əsasında
Noyabrın 18-19-da Azərbaycan Turizm Bürosu Yunanıstanın paytaxtı Afinada təşkil edilən tədbirlərdə ölkənin turizm imkanlarını nümayiş etdirib. Qurum nümayəndələri "AVIAREPS Around the World Roadshow Greece 2026" tədbirində iştirak edərək yerli sənaye təmsilçilərinə mədəni irs, qış idman növləri və şəhər turizmi barədə məlumat veriblər. Həmçinin səfər çərçivəsində ölkənin Yunanıstandakı səfiri və Turizm Bürosunun rəhbərinin iştirakı ilə aparıcı media qurumlarının nümayəndələri ilə işgüzar görüş keçirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycanın turizm imkanları Yunanıstanda tanıdılıb
Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 18-19-da Yunanıstanın paytaxtı Afinada keçirilən tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edib.Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ATB “AVIAREPS Around the World Roadshow Greece 2026” tədbirində iştirak edərək ölkənin ilboyu turizm imkanlarını Yunanıstanın turizm sənayesi nümayəndələrinə tanıdıb. Tədbir zamanı yeni turizm məhsullarının hazırlanması və işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.Beynəlxalq turizm təmsilçiliyi və marketinq şirkəti "AVIAREPS" tərəfindən təşkil edilən tədbirdə Azərbaycandan olan turizm sənayesi nümayəndəsi ilə birlikdə ölkənin turizm məhsulları nümayiş olunub. İştirakçılara Azərbaycanın zəngin mədəni irsi, Bakının müasir şəhər turizmi imkanları, Şəkinin tarixi və İpək Yolu irsi, eləcə də Qafqaz dağlarında piyada yürüşləri və qış idman növləri daxil olmaqla, aktiv istirahət imkanları barədə məlumat verilib.Həmçinin Afinada Yunanıstanın aparıcı media qurumlarının nümayəndələri ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov iştirak ediblər.Görüş zamanı Azərbaycanın turizm potensialı, mədəni və təbii irsi, ölkənin Yunanıstan auditoriyasında tanıdılması, eləcə də turizm və media sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.Afinada keçirilən tədbirlər Azərbaycanın Yunanıstan bazarında tanıdılması, yerli turizm sənayesi və media nümayəndələri ilə işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində ATB-nin fəaliyyətinin tərkib hissəsi olub.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
