AYB-yə borclu yazıçılarla bağlı qərar niyə gecikir? - RƏSMİ


CƏMİYYƏT
20 Noyabr 2026 | 13:52 | Müəllif: Günəş Mərd
Azərbaycan Yazıçılar Birliyində (AYB) üzvlük haqqı borcu olan və müəyyən edilmiş müddətdə ödəniş etməyən şəxslərin qurumdan xaric edilməsi məsələsi yaxın günlərdə müzakirəyə çıxarılacaq.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq AYB-dən bildirib.
"Məsələ katibliyin növbəti toplantısında müzakirə ediləcək.Yəqin ki, yaxın günlərdə”, - deyə o qeyd edib.
Xatırladaq ki, daha öncə AYB-dən əvvəlki illər üzrə yaranmış borclarını və 2026-cı ilin illik üzvlük haqqını noyabrın 1-dək ödəməyən şəxslərin birlikdən xaric edilməsi prosesinə başlanılacağı bildirilmişdi. Son müddətin başa çatmasından artıq 20 gün keçib. Üzvlük haqqı borcu olan şəxslərin ümumi sayına və birlikdən xaric ediləcək yazıçıların konkret siyahısına dair hələlik məlumat yoxdur.
Günəş Mərd