Deputatın oğlunun Dubaydakı daşınmaz əmlakı və yaşayış icazəsi müzakirə yaradıb


3 mənbə əsasında
Jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, deputat Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayır. İddia olunur ki, onun həyat yoldaşı Safiyə Mehbalıyeva orada qızıl zinət əşyaları və saat satışı mağazasına sahibdir. Həmçinin qeyd edilir ki, deputatın oğlu hələ polis orqanlarında xidmət etdiyi dövrdə Dubayda yaşayış icazəsi alıb və sonradan onillik "Golden Visa" əldə edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
"Deputat Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev hazırda Dubayda gördüyünüz bu binada - Marsa Dubay kompleksində yaşayır. Həm də boşandığı iddia edilən həyat yoldaşı Safiyə Mehbalıyeva (Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun qızı) və iki oğlu ilə.." Bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib. Jurnalist daha sonra bildirir: "Safiya Mehbalıyeva Dubayda bahalı aksessuar, qızıl zinət əşyaları və "Rolex" saatlarının satışı mağazası açıb. Deputatın oğlu 2022-ci ildən BƏƏ-də minimum 2 milyon dirhəm (1 milyon manata yaxın) əmlak investisiyası dəyərində verilən 10 illik "Golden Visa" ilə yaşayır. Amma bu onun Dubayda 2022-ci ildən yaşadığı demək deyil. İsfəndiyar Mehbalıyev 2017-ci ildə - hələ polis orqanlarında xidmət etdiyi vaxtlarda xidmət haqda qanunvericiliyi cidfi şəkildə pozaraq Dubayda TASKEEN lisenziyası əsasında müvəqqəti yaşayış icazəsi alıb və bu icazə "Golden Viza" alanadən, yəni 2022-ci ilədək qüvvədə olub. O yalnız 2021-ci ildə xidməti vəzifəsini tərk edib. TASKEEN Lisenziyası Nədir? Dubay Torpaq Departamentinin (Dubai Land Department) təqdim etdiyi TASKEEN (Investor Residence Application) proqramı Dubayda daşınmaz əmlak alan xarici investorlara verilən rezidentlik vizası və lisenziyasıdır. Bu status şəxsə Birləşmiş Ərəb Əmirliklərində uzunmüddətli yaşamaq, bank hesabı açmaq və ailə üzvlərinə sponsorluq etmək hüququ verir. Qanun nə deyir? • Xarici dövlətdə daimi yaşamaq hüququ qadağası: "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə və "Dövlət qulluğu haqqında" Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş və ya xarici dövlətdə daimi yaşamaq hüququ (rezidentlik) əldə etmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər. Xidmətdə olan əməkdaş belə bir hüquq əldə etdikdə bu, onun daxili işlər orqanlarından xaric edilməsi üçün birbaşa hüquqi əsas yaradır. • Dövlət sirri və xüsusi yoxlama: Polis əməkdaşları xidm
Tam oxu Minatv.az saytındaDərc vaxtına görə