Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qurumun direktoru 6 000, direktor müavini, direktor müavini-baş mühəndis 5 000, mərkəz müdiri 4 200, şöbə müdirləri isə 4 000 manat maaş alacaqlar.
İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına veriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/iqtisadiyyat…
Qaynar xətt:
(055) 224 12 12