Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun verilməsi qaydası dəyişə bilər


7 mənbə əsasında
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mülki Məcəllədə və Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunda dəyişikliklərin edilməsi təklif olunur. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklər torpaq islahatı zamanı vətəndaşlara verilən, lakin mülkiyyət hüququ rəsmiləşdirilməyən sahələrin hüquqi statusunun tənzimlənməsini hədəfləyir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ plan-ölçü sənədi əsasında da veriləcək
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ plan-ölçü sənədi əsasında da veriləcək. Hedeftv.az xəbər verir ki, bu, Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilən, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələ yeni qaydada tənzimlənəcək. Həmin qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin plan-ölçüsünün verilməsinə başlanılıb. Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən, onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib. Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda sahə vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə özünü göstərib. Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevra
Tam oxu Hədəf TV saytındaDərc vaxtına görə
