Azərbaycanda 2027-ci il üçün ehtiyac meyarı açıqlanıb


Ana SəhifəRƏSMİAzərbaycanda 2027-ci il üçün ehtiyac meyarı açıqlanıb
RƏSMİ18.11.2026 15:00
152
Fins.az - Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi müəyyənləşəcək.
Bu, Milli Məclisin plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində müəyyən ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
MüəllifFuad
Yüklənir...
Dərc vaxtına görə