Azərbaycan və Qazaxıstan arasında kənd təsərrüfatında innovativ texnologiyalar, rəqəmsallaşma və dövlət idarəçiliyi üzrə təcrübə mübadiləsi aparılıb.
Gunxeber.Az xəbər verir ki, noyabrın 17-də Kənd Təsərrüfatı Nazirliyində Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsil alan dövlət qulluqçuları ilə görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə reallaşdırılan “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim və təcrübə proqramı çərçivəsində təşkil olunub.
Tədbirdə Qazaxıstanın müxtəlif dövlət qurumlarını təmsil edən 19 dövlət qulluqçusu, Dövlət İdarəçilik Akademiyasının elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini – Elm və təhsil sektorunun müdiri Emin Əliyev iştirak ediblər.
Görüş zamanı Anar Cəfərov Azərbaycanda aqrar sektorun inkişaf istiqamətlərinə dair təqdimatla çıxış edib.
Qonaqlara “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri barədə məlumat verilib.
Təqdimatda, həmçinin aqrar sektorda həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatının rəqəmsallaşdırılması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) fəaliyyəti, aqrar startaplara dəstək və innovativ texnologiyaların tətbiqi istiqamətində görülən işlərdən danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, kənd təsərrüfatında dövlət siyasəti, idarəetmə mexanizmləri və innovativ texnologiyaların tətbiqi üzrə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
11:40
11:05
02:30
23:49
20:30
17:45
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə təcrübə mübadiləsi aparılıb