"Bir rektorun qurbanı" iddiası və cavabsız qalan suallar: Elçin Babayev dövrünün acı nəticəsi


22:21 Siyasət
BDU-dakı söz-söhbətlər və Elçin Babayevin fəaliyyəti niyə araşdırılmadı?
Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanovun (Qocatürk) ölüm xəbəri bütün ölkəni silkələdi. Adam evində ölü tapıldı. Arvadı Şərəf Cəlili isə açıq dedi: "O, bir rektorun qurbanı oldu." Bu sözlər havada qalmadı. Ertəsi gün Elçin Babayev rektorluqdan çıxarıldı.
İndi düşünək. Nərman müəllim illərlə BDU-da dərs deyib. Son günlərdə ona qarşı ağır ittihamlar yayıldı. Adam özü məktub yazıb ki, bu ləkə ailəsinə, uşaqlarına sıçramasın deyə başqa yol görmədi.
Bu, bir universitetin içindəki düzənsizliyin nəticəsidir.
Elçin Babayev neçə ildir o kresloda oturub?
Universitetdə nələr baş verib, nələr danışılıb, nələr susulub - hamısı onun gözünün qabağında olub. Rüşvət danışılıb, ədalətsizlik danışılıb, tələbənin haqqı tapdanıb. Amma o, nə edib?
Susub. Baxıb. Vaxtını elmə, tələbəyə, müəllimə yox, başqa şeylərə sərf edib xüsusən də rüşvətə. Deyilənə görə, o, Ramiz Mehdiyevin yaxın adamı olub, hətta "sağ əli" deyə biləcəyin qədər yaxın. Bu yaxınlıq ona güc verib.
Amma o gücü universiteti düzəltmək üçün yox, öz mövqeyini qorumaq üçün istifadə edib.
Əgər rektor öz vəzifəsini düzgün yerinə yetirsəydi, universitetdə belə çirkab yayılmazdı. Əgər rüşvət yığmaq əvəzinə elmə, təhsilə, tələbənin mənəviyyatına vaxt ayırsaydı, bəlkə Nərman müəllim belə bir çıxılmaz vəziyyətə düşməzdi. İnsan özünə qəsd etmək məcburiyyətində qalmamalıdır.
Bu, normal bir universitetdə baş verməməli olan şeydir.
İndi hər kəs danışır, hər kəs yazır. Amma əsas sual budur: bu ölümün arxasında dayanan səbəblər gün işığına çıxarılacaqmı?
Yoxsa yenə hər şey ört-basdır ediləcək, yeni rektor gələcək, köhnə problemlər qalacaq?
Nərman Süleymanovun ölümü sadəcə bir insanın həyatının bitməsi deyil. Bu, illərlə göz yumulmuş problemlərin nəticəsidir.
Elçin Babayev isə o problemlərin ən görünən simvoludur. O, rektor olub, amma universiteti idarə etmək əvəzinə, sadəcə oturub. İndi isə getdi. Amma getməsi ilə hər şey bitmir.
Bu işin kökünə baxılmalıdır. Yoxsa sabah başqa bir müəllim, başqa bir tələbə eyni vəziyyətə düşəcək.Yox əgər doğurdanda belə məsələlər var idisə və bununlaq bağlı rektora şikayət olunubmu?
Əgər doğurdan bu tip hal vardısa niyə tədbir görmürdü?Yox əgər yox idisə niyə ictimaiyyətə zamanında heç bir açıxlama vermirdi Elçin bəy.Bütün bu məsələlərdə ən kilit ad Elçin Babayevdir.
Niyə o universitetdə bu qədər söz-söhbət var idi, amma heç kim heç nə etmirdi.Suallar çoxdur əsas odur ki, cavab olsun.
Sima Babayeva
TEREF
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00
1 mənbə