Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib


Budapeşt, 18 noyabr, AZƏRTAC
Macarıstan Azərbaycan Evinin dəstəyi ilə Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib.
AZƏRTAC xəbər verir ki, Macarıstanda fəaliyyət göstərən “Turkic Ensemble” musiqi qrupunun ifa etdiyi mahnı hər iki dildə səsləndirilib. Videoklipdə Azərbaycan və Macarıstanı təmsil edən aktyorlar da iştirak ediblər.
Layihənin əsas məqsədi musiqi vasitəsilə Azərbaycan və Macarıstan xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və dostluq münasibətlərinin təşviqinə töhfə verməkdir.
Azərbaycan və macar dillərində ərsəyə gələn bu musiqi layihəsi iki xalqın mədəni yaxınlığını və ortaq sənət duyğusunu əks etdirən maraqlı təşəbbüslərdən biridir.
Vüqar Seyidov
Dərc vaxtına görə