Azərbaycan və İtaliya arasında yeni sənədlərin imzalanması gözlənilir


9 mənbə əsasında
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Bakıda birgə mətbuat konfransı keçiriblər. Tədbir zamanı Ceyhun Bayramov iki dövlət arasında mövcud hüquqi bazanın 65 sənəddən ibarət olduğunu bildirib. O qeyd edib ki, müxtəlif sahələri əhatə edən daha 20-yə yaxın yeni sənəd üzərində iş aparılır. Həmin sənədlərin yaxın gələcəkdə imzalanması nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan və İtaliya arasında 20-yə yaxın yeni sənədin imzalanması gözlənilir
Azərbaycan və İtaliya arasında 20-yə yaxın yeni sənədin imzalanması gözlənilir. Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, hazırda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 65 sənəd mövcuddur. Bununla yanaşı, daha 20-yə yaxın sənəd üzərində iş aparılır və onların yaxın zamanda imzalanması nəzərdə tutulur. C.Bayramov parlamentlərarası əlaqələrə də toxunaraq, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycan və İtaliyanın beynəlxalq platformalarda da sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlığın NATO, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində davam etdirildiyini diqqətə çatdırıb. Zeynəb Rzayeva
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
