“Azərbaycan və Ermənistan arasında transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradılır” - Paşinyan


“Azərbaycan və Ermənistan arasında transsərhəd su ehtiyatlarının idarə olunması məsələləri ilə bağlı işçi qruplarının yaradılması istiqamətində iş aparılır”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətlə sual-cavab zamanı bildirib.
Paşinyan qeyd edib ki, qarşıda görüşlər və müzakirələr var.
Onun sözlərinə görə, analoji iş İranla Araz çayı ilə bağlı aparılır, Türkiyə ilə isə Axuryan su anbarının su ehtiyatlarından birgə istifadə məsələsi üzrə razılaşma mövcuddur.
Paşinyan bildirib ki, Azərbaycanla bağlı söhbət ümumi çaylardan gedir, su ehtiyatlarından hansı qaydalar əsasında istifadə edilməli olduğunu və müvafiq meyarların necə tətbiq olunacağını müəyyənləşdirmək lazımdır.
Paşinyan bunu sülh şəraitində həyatın adi gündəliyi kimi xarakterizə edib.
O əlavə edib ki, işçi qrupları hələ görüşməyib, lakin belə bir görüş keçiriləcək və müzakirələr aparılacaq.
Eyni zamanda, Ermənistanın baş naziri 30 illik münaqişəni bir düyməni basmaqla “söndürməyin” mümkün olmadığını bildirib.
O vurğulayıb ki, çoxsaylı ağrılı məsələlər hələ də qalır və onların həlli üçün səbirli olmaq lazımdır.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə
Ordu.az+9 mənbə