Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub


26 mənbə əsasında
Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər keçiriblər. Danışıqlar zamanı iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı nəzərdən keçirilib. Tərəflər enerji təhlükəsizliyi, neft, qaz, elektrik enerjisi, tranzit sahələri və birgə regional layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub - VİDEO
Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.Bu barədə Sitat.info-a Müdafiə Nazirliyindən məlumat verilib.Səfər proqramına uyğun olaraq, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.Burada nümayəndə heyətinə MMU-da, eləcə də Hərbi Liseydə təhsil sistemi və tədris prosesinin təşkili barədə ətraflı məlumat verilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.Liseylə tanışlıq zamanı qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasında hərbi liseylərin müstəsna rolu olduğu və bu hərbi təhsil ocağının yaradılmasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.Görüşdən sonra general-leytenant G.Matiaşvili "Şərəf kitabı"na ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Tam oxu Sitat.info saytındaDərc vaxtına görə
Sitat.infooxuduğunuz
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub - VİDEO
