Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb


14 mənbə əsasında
Avropa Siyasi Birliyinin doqquzuncu Zirvə görüşü çərçivəsində Dublin şəhərində mühüm diplomatik addım atılıb. Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Qəbul edilən yeni sənəd müdafiə, təhlükəsizlik, ticarət, enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, sənəddə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə və regional təhlükəsizlik məsələlərinə dəstək ifadə olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan – Böyük Britaniya: strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan Respublikasının beynəlxalq gündəliyi kifayət qədər zəngindir. Ölkəmizdə təşkil olunan regional və beynəlxalq əhəmiyyətli tədbirlər və yüksək səviyyəli görüşlər getdikcə daha intensiv şəkildə bir-birini əvəzləyir. Ölkə başçısının xarici səfərləri isə ölkəmizin beynəlxalq siyasət arenasında artan qlobal aktor rolunu daha qabarıq şəkildə nümayiş etdirir.Avropa Siyasi Birliyinin 12 noyabr tarixində Dublin şəhərində keçirilmiş IX Zirvə görüşü də bu mənada istisna olmadı. Sammit çərçivəsində Avropa strukturlarının rəhbərləri və aparıcı Avropa ölkələrinin liderləri ilə çoxsaylı görüşlər keçirildi və bu görüşlərdə Azərbaycanın Avropa ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm və faydalı müzakirələr aparılıdı. Görüşlərdə müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkəmizin bütövlükdə Avropa qitəsi üçün müstəsna əhəmiyyət daşıdığını bir daha göstərdi.Sammit çərçivəsində keçirilən görüşlərdə imzalanmış mühüm sənədlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” dir.Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında diplomatik və siyasi-iqtisadi münasibətlərin tarixi kifayət qədər uzun, məzmunu isə kifayət qədər zəngindir. Ölkələrimiz arasında hələ 1994-cü il 23 fevral tarixində “Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə” və 1998-ci il 21 iyul tarixində isə “Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdı. Müstəqilliyimizin bərpasından sonra keçən dövrdə Azərbaycan - Böyük Britaniya münasibətləri ən uğurlu şəkildə inkişaf etdirilmiş və Böyük Britaniya ölkəmizin iqtisadiyyatında ən böyük sərmayəçi statusu qazanmışdır. Bu baxımdan Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni artıq baş vermiş faktın təsdiqi də hesab
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə