Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb


14 mənbə əsasında
Avropa Siyasi Birliyinin doqquzuncu Zirvə görüşü çərçivəsində Dublin şəhərində mühüm diplomatik addım atılıb. Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Qəbul edilən yeni sənəd müdafiə, təhlükəsizlik, ticarət, enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, sənəddə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə və regional təhlükəsizlik məsələlərinə dəstək ifadə olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Almaniya ilə Azərbaycanın münasibətlərində yeni mərhələ
“Son illər dünyada davam edən münaqişələr və gərginliklər Avropanın regionumuza yönəlik geosiyasi baxışında böyük transformasiyaya səbəb olub. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda “soyuq müharibə”dən sonra formalaşmış köhnə təhlükəsizlik və enerji modeli artıq iflasa uğrayıb. Enerji təchizatında birtərəfli asılılıqlardan qurtulmağa çalışan Avropa İttifaqı çoxtərəfli dünyada müstəqil geosiyasi aktor olmaq üçün yeni coğrafiyalara üz tutur. Məhz bu baxımdan Cənubi Qafqaz, o cümlədən Azərbaycan ilə münasibətlər Avropa və onun aparıcı dövləti olan Almaniya üçün getdikcə daha böyük önəm qazanmaqdadır”.Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri də məhz bu baxımdan diqqəti cəlb edir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə dərinləşən gərginlik və qlobal təchizat zəncirlərinin pozulması XXI əsrin geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirib. Uzun illər təhlükəsizliyini əsasən ABŞ-yə, enerji təminatını Rusiyaya, iqtisadi inkişaf modelini isə Çin bazarına söykəyən Avropa İttifaqı yeni beynəlxalq reallıqlar fonunda bu modelin dayanıqlı olmadığını aydın şəkildə gördü. Nəticədə Brüssel enerji təhlükəsizliyinin, nəqliyyat bağlantılarının və kritik xammal təchizatının şaxələndirilməsini strateji prioritet elan edərək Avrasiyanın yeni geoiqtisadi xəritəsinə fərqli prizmadan baxmağa başladı. Məhz bu dəyişən geosiyasi mühit Azərbaycanın Avropa üçün əhəmiyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin s
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə