Azərbaycan alimlərinin birgə məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib


Bakı, 19 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun (PMİ) Nanopolimer kompozitlər laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Türkan Quliyeva, baş elmi işçi kimya elmləri doktoru, professor Nüşabə Qurbanova, Molekulyar Biologiya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Bakı Dövlət Universitetinin əməkdaşlarının birgə məqaləsi Q2 kvartilinə daxil olan “Polymer Engineering&Science” jurnalında dərc edilib.
Bu barədə AZƏRTAC-a PMİ-dən bildirilib.
“Maleinləşdirilmiş polietilendə Cu₂O və ZnO nanohissəciklərinin reaktiv mexanokimyəvi üsulla in situ sintezi: struktur-xassə-funksiya əlaqələri” adlı məqalə metal oksid nanohissəciklərinin polimer matrisdə reaktiv mexanokimyəvi üsulla sintezinə, alınan nanokompozitlərin quruluşu, xassələri və funksional xüsusiyyətlərinin tədqiqinə həsr olunub.
Qeyd edək ki, impakt faktor göstəricisi jurnal “Web of Science” və “Scopus” kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.
1 mənbə
