AZAL-ın BİTMƏYƏN NAXÇIVAN DƏRDİ: sərənişinlər çarəsiz qalıb, rəhbərlik isə... - "Bütün medianı AZAL tərəfindən satın alınıb"


CƏMİYYƏT
18.11.2026, 22:03
İsrail prezidenti İshaq Hersoqu Bakıya gətirmək üçün arxasınca bəh-bəhlə, böyük həvəs və sevinclə təyyarə göndərən “Azal”ı və Azərbaycan hökumətini öz azərbaycanlılarımızın - Naxçıvan aeroportunda günlərdir zillət çəkən yüzlərlə sadə insanın taleyi zərrə qədər də maraqlandırmır!
Gördüyünüz bu foto 2 gün əvvəl – noyabrın 16-da, Naxçıvan Muxtar Respublikasındakı hava limanının bilet satışı kassasının önündə çəkilib.
Bir həftədən çoxdur Naxçıvandan Bakıya gəlmək istəyənlər əvvəlcə yaşadıqları ünvandan taksi tutub hava limanına gəlməli, burada “Azal”ın elektron növbə aparatında şəxsən qeydiyyatdan keçməli, sonra da nəinki saatlarla, hətta günlərlə oturub gözləməlidirlər ki, görək, haçan “Azal” insafa gəlib bu adamların Bakıya dönüşü üçün təyyarə ayıracaq?!
Hətta həmin günə bilet tapa bilməyib növbəti günlər üçün bilet almağa məcbur qalan və kor-peşman yenidən xeyli xərc çəkib geri qayıdanlara da 5-6 saatdan bir təkrar mesaj göndərilir ki, gediş qrafiklərinə növbəti dəfə dəyişiklik edilib, uçuş alınmayacaq, reyslər başqa vaxtlara keçirilir...
Bir sutkada azı 3 dəfə reysin vaxtı və nömrəsini dəyşdirməklə, nəinki öncədən elektron əməliyyat aparma imkanlarının qarşısı alınır, üstəlik, sərnişinlərin bütün planları, hərəkət qrafiki də alt-üst edilir.
Beləliklə, Vətənin bu başından o başına təcili, qəfil iş üçün, 1-2 günlüyünə gedib-gəlmək, xeyirdə-şərdə iştirak etmək hər hansı yüksək vəzifəsi olmayan şəxslər üçün artıq mümkünsüz hala gətirilib!
Maraqlıdır ki, Naxçıvan aeroportunda yaşanan bu bərbad durum hansısa fövqəladə situasiyadan doğan ilk hal da deyil. İllərdir, bütün fəsillərdə, bütün bayram-tətil günlərində Naxçıvan camaatı bu kökdədir – Naxçıvandan Bakıya və ya əks istiqamətə gediş-gəliş zülmə-zillətə çevrilib!
Son illər isə açıq şəkildə, heç kimdən çəkinmədən bir regionun camaatını alçaltmaq, aşağılamaq və bir bölgənin əhalisini monopolist bir şirkətin sürətlə varlanmaq hərisliyinə alət, qurban etmək xətti seçilib! Sanki, bu əhalinin bunlara zərrə qədər də aidiyyəti yoxdur və hətta qisas alırmışlarmış kimi davranılır!
Müşahidələr və araşdırmalar göstərir ki, problemin kökündə nə çətin hava şəraiti durur, nə hansısa təhlükəsizlik riski – bütün bunlar hamısı süni böhran şəraiti yaradaraq, arxada daha çox pul qazanmaq, quldurcasına əhalini soymaq, sürətlə varlanmaq hərisliyini ört-basdır etmək üçün uydurulan bəhanələr, çoxşaxəli cinayət mexanizmlərini pərdələmək cəhdləridir!
Reallıqda isə Naxçıvana sərnişinlərin günün istənilən vaxtı İran üzərindən gedib-gələ biləcəyi quru yolunun açılmasını ləngidib, bir regionun əhalisini yalnız hava nəqliyyatının ümidinə buraxmaq monopolist bir şirkətin nəzarətedici dövlət qurumlarıyla əlbir olaraq, tamah məqsədiylə mütəşəkkil şəkildə həyata keçirdikləri irimiqyaslı cinayət əməlləridir və normal ölkələrdə bu maxinasiyaları törədənlər qalan ömürlərini həbsxana divarları arasında keçirməlidir!
Ancaq nə edək ki, biz o ölkəni – yalnız xalqa xidmət edən və yalnız xalqın maraqları üçün çalışan, qanunun hər şeydən üstün tutulduğu və ədalətlə idarə edilən şəffaf dövlət institutlarını, mexanizmlərini hələ qura bilməmişik!
Elə bütün problemlərimizin əsas qaynağı da məhz budur – bərbad, yarıtmaz, xalq üçün olmayan dövlət idarəçiliyi!
Tam əminliklə deyirəm ki, Naxçıvana gediş-gəlişdə yaşanan problemlərdən və onun səbəblərindən bütün yerli dövlət qurumlarının xəbərləri var, ancaq “Azal”ın və arxasındakılarının qorxusundan biri də cınqırını çıxara, etiraz edə, real vəziyyəti olduğu kimi öz rəhbərliyinə, onlar da ölkənin başçısına açıqca deyə və real həll yollarını göstərə bilmirlər! Məsələ də şişə-şişə gedir və bir gün mütləq çox pis şəkildə partlayacaq!
Problemi ən xırda incəliklərinə qədər araşdırıb ictimailəşdirə biləcək bütün media “Azal” tərəfindən satın alınıb, camaatın problemlərini hökumət, aidiyyəti dövlət qurumları qarşısında qaldırmağa və alternativ həll yollarını göstərməyə məsul qurum – 2024-cü ildə çox böyük “siyasi islahat” nümunəsi və “zəfər dövrünün qanunverici orqanı” kimi formalaşdırılan “müzəffər parlamentimiz” isə göz qabağındadır: indi Milli Məclis satılmış və bambılı mediamızdan daha susqun, daha bərbad, daha rəzil gündədir!
Elxan ŞÜKÜRLÜ
P.S. Yazı müəllifin feysbuk-dakı hesabında yayııb.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
İSTANBULDA PİŞİK ÜSTƏ GÜLLƏLƏNMƏL: qonşusuna "sənin pişiyin niyə evimə girdi" dedi və... Bugün, 00:28 KRİMİNAL
İSTANBULDA ŞOK OLAY - Klub başqanı şərikinə 19 güllə sıxdı Bugün, 00:06 KRİMİNAL
Havada bomba təhlükəsi - Rusiya təyyarəsi Antalyada təcili eniş edib Bugün, 00:03 GÜNDƏM
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR Bugün, 00:01 MƏDƏNİYYƏT
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışıblar 18.11.2026, 23:24 GÜNDƏM
Sahibə Qafarova Türkmənistana işgüzar səfər edib 18.11.2026, 23:04 GÜNDƏM
Kəmaləddin Heydərov qanunsuz tikliyə etiraz edən işçisini vəzifədən çıxardı - VİDEO 18.11.2026, 22:10 CƏMİYYƏT
AZAL-ın BİTMƏYƏN NAXÇIVAN DƏRDİ: sərənişinlər çarəsiz qalıb, rəhbərlik isə... - "Bütün medianı AZAL tərəfindən satın alınıb" 18.11.2026, 22:03 CƏMİYYƏT
Antalya bələdiyyəsinin sədr əvəzi CHP-dən istefa verdi 18.11.2026, 21:26 DÜNYA
Abdullah Öcalana İmralıda ailə üzvləri ilə görüşə icazə verilib - FOTO 18.11.2026, 21:10 DÜNYA
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda sürücülərdən maşınlar geri yığılır (YENİLƏNİB) 18.11.2026, 20:56 GÜNDƏM
Qazaxda ağır qəza: üç nəfər ölüb 18.11.2026, 20:40 KRİMİNAL
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb - XİN açıqladı 18.11.2026, 20:27 SİYASƏT
Prokurorun etirazı qəbul olunmadı General qızı haqda qərar verildi (Yenilənib) 18.11.2026, 19:39 GÜNDƏM
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub 18.11.2026, 18:25 KRİMİNAL
Amerika klubları "Fənərbağça"nın hücumçusu uğrunda yarışır 18.11.2026, 18:09 İDMAN
Juan Mata 38 yaşlında futbola "sağ ol" dedi 18.11.2026, 18:06 İDMAN
Trampın bu hərəkəti gündəm oldu - FOTO 18.11.2026, 17:51 DÜNYA
DSMF-nin debitor və kreditor borcları artıb 18.11.2026, 17:43 İQTİSADİYYAT
Polis əməliyyatı: 104 kq narkotik dövriyyədən çıxarıldı, həbslər var 18.11.2026, 17:37 KRİMİNAL
"Qalatasaray"ın hücumçusu Ukraynaya görə geri dönə bilmir 18.11.2026, 17:15 İDMAN
Küləkli hava ilə bağlı - XƏBƏRDARLIQ 18.11.2026, 17:09 CƏMİYYƏT
Dövlət qulluğu imtahanında mühüm dəyişiklik: daxili müsahibə və iki fənn ləğv edilir, yenisi əlavə olunur (YENİLƏNİB) 18.11.2026, 17:03 GÜNDƏM
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı 18.11.2026, 17:00 İQTİSADİYYAT
Kirayəçi evdən çıxmırsa, ev sahibi nə etməlidir? - Şərh 18.11.2026, 16:55 CƏMİYYƏT
Ərdoğanın müavininin oğlu istintaqa çağırıldı - Milyardlıq dələduzluq iddiası 18.11.2026, 16:29 SİYASƏT
Kremlin əsas ideoloqun paylaşdığı xəritə: “üçqütblü dünya modeli" və ya Rusiya, Çin və Amerikaya ayrılan xəyali dünya (TƏHLİL) 18.11.2026, 16:23 SİYASƏT
Su Ehtiyatları Agentliyi barədə yeni qərar: 435 ştat vahid yardıldı 18.11.2026, 16:16 CƏMİYYƏT
Aparıcıya yeni vəzifə verildi 18.11.2026, 15:54 PRESS
AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar" 18.11.2026, 15:43 SİYASƏT
RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir 18.11.2026, 15:38 GÜNDƏM
Artıq ödənilmiş vergi... - Geri qaytarılma prosesi sadələşdirilib 18.11.2026, 15:30 İQTİSADİYYAT
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı 18.11.2026, 15:15 İQTİSADİYYAT
İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbərə sözardı... + FOTO (YENİLƏNİB) 18.11.2026, 15:13 CƏMİYYƏT
