"AY RƏHMƏTLİYİN OĞLU, SÖZÜMÜ NİYƏ QULAĞININ ARDINA VERİRSƏN?" - Deputat "Azərişıq" sədrini MM-də rüsvay elədi, "Ayə, niyə cavab vermirsən, canını hara qoyacaqsan" dedi (VİDEO, YENİLƏNİB)


Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə deputat Səyyad Aran onun sözünü qısıtlamağa çalışan spiker Sahibə Qafarova ilə dilləşib.
Mia.az xəbər verir ki, parlament iclasında yaşanan bu hadisədə daha çox deputatla spikerin polemikası gündəmə gətirilsə də, deputatın çıxışında qaldırdığı problemlərə nədənsə saytlar yer verməyib.
Daha dəqiqi, saytların çoxu problemə biganə yanaşan qurumlarla "reklam müqaviləsi" adı altında anlaşdığından bu hissəyə yer verməyiblər.
Bəs deputat həmin məşhur çıxışında nədən söz açıb?
Mia.az bildirir ki, deputat çıxışında əsasən təmsil etdiyi İmişli və Saatlıdakı qaz və işıq probleminə diqqət çəkib.
Ayda iki dəfə seçicilərlə görüşdüyünü deyən deputat bildirib ki, bölgədəki işıq və qazla bağlı "Azərişıq" və "Azəriqaz" rəhbərlərinə müraciət etsə də, nəticə yoxdur.
O, hətta Saatlının Varxan kəndində aşmaqda olan elektrik dirəyinə görə "Azərişıq" sədri Vüqar Əhmədova 23 sentyabrda məktub yazdığını da dilə gətirib:
"Orada arxın böyüründə nəhəng beton dirək var, aşmaq üzrədir. Onun aşmaması üçün taxtadan da ona guya dirək veriblər. Ay rəhmətliyin oğlu, bu dirək aşsa, o zaman oradan keçən maşının üstə düşsə, o maşının içindəkilər həlak olsalar, sən canını hara qoyacaqsan? 23 sentyabrda məktub yazmışam, cavab yoxdur.
VÜQAR ƏHMƏDOV, AZƏRİŞIQ SƏDRİ
Üstəlik, məktəbin yannda yanları açıq transformator var, uşaqlar orada futbol oynayır, top gedir düşür ora. Sənə (Vüqar Əhmədovu nəzərdə tutur-Mia.az) demişəm, gəl bura bir mühafizə çəpəri tik. Məktub yazmışam, ayə niyə gəlmirsən? Niyə qulağının ardına verirsən?"
Deputat daha sonra Saatlının Musalı, Nərimanov, Dəllər və digər kəndlərinin adlaırnı çəkib, onların qazladırılmasını da tələb edib.
P.S. Qurumdan əldə etdiyimiz məlumata görə, Səyyad Aran həqqiətən quruma məktub yazıb: Ancaq 16 oktyabrda onun məktuubu ilə bağlı vətəndaşlara rəsmi caavb verilib. Görünür, Səyyad Aranın xəbəri yoxdur. Bilirsiniz ki, belə müraciətlər portal vasitəsiylə cavablandırılır. Yəni, mütləqdir ki, vətəndaşın müraciətinə cavab verilsin. Başqa sözlə desək, Səyyad Aran özünə deyil, vətəndaşlara cavab istəyib ki, onlara da bu cavab verilib..."
F.SƏFƏRLİ
MİA.AZ
