Avropa ölkələri Ukraynada mümkün müharibədən sonrakı missiyaya hazırlaşır


20.11.2026 - 23:29
Avropanın 11 ölkəsindən olan hərbi qüvvələr Polşanın cənub-şərqində genişmiqyaslı hərbi təlimlər keçirirlər.
Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, təlimlərin əsas məqsədi Ukraynada müharibə başa çatdıqdan sonra mümkün beynəlxalq missiyaya hazırlıqdır.
Hərbi ssenariyə əsasən, Avropa qüvvələri Ukraynanın təhlükəsizliyinin təmin olunmasına, sabitliyin qorunmasına və ölkənin hərbi potensialının yenidən qurulmasına dəstək göstərə bilər.
Bu təlimlər Avropa dövlətlərinin müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyində daha fəal rol oynamaq niyyətinin göstəricisi kimi qiymətləndirilir. Hələlik belə bir missiyanın konkret formatı və Ukrayna ərazisində yerləşdiriləcək qüvvələrin tərkibi barədə yekun qərar açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az
1 mənbə
