AVRO-2028: Azərbaycan millisi 5-ci səbətdə yer aldı


2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlər müəyyənləşib.
Sportify.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin başa çatmasından sonra bütün səbətlərin tərkibi bəlli olub. Püşkatma mərasimi dekabrın 6-da Belfastda keçiriləcək.
Azərbaycan millisi seçmə mərhələnin püşkatmasında 5-ci səbətdə yer alacaq.
Səbətlərin tərkibi belədir:
1-ci səbət: İngiltərə, Portuqaliya, Fransa, Almaniya, İspaniya, Belçika, Niderland, Danimarka, Yunanıstan, İtaliya, Norveç, Xorvatiya.
2-ci səbət: Uels, Serbiya, Türkiyə, Çexiya, İsveçrə, İsveç, Avstriya, Macarıstan, Şimali İrlandiya, Sloveniya, Bosniya və Herseqovina, İrlandiya.
3-cü səbət: Şotlandiya, Ukrayna, Kosovo, Polşa, Rumıniya, İsrail, Gürcüstan, Şimali Makedoniya, Monteneqro, Albaniya, İslandiya, Slovakiya.
4-cü səbət: Estoniya, Belarus, Farer adaları, Kipr, Finlandiya, Moldova, Ermənistan, Bolqarıstan, Lüksemburq, Qazaxıstan, Latviya, San-Marino.
5-ci səbət: Malta, Azərbaycan, Litva, Andorra, Cəbəllütariq, Lixtenşteyn.
Dərc vaxtına görə
Sportify.azoxuduğunuz
AVRO-2028: Azərbaycan millisi 5-ci səbətdə yer aldı
