"Aston Villa" İan Matsenlə müqaviləni 2032-ci ilə qədər uzatdı


"Aston Villa" müdafiəçi İan Matsenlə yeni müqavilə imzaladığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçunun yeni müqaviləsi 2032-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Matsen 2024-cü ilin yayından etibarən Birmingem klubunda çıxış edir.
