ASA rəhbərliyi 12-ci Mikromaliyyə Konfransında iştirak edib


03 noyabr 2026 22:00
219
Çap et
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə və Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla digər maliyyə assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” 12-ci AMFA Konfransı keçirilib. ASA-nın İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bank və bank olmayan maliyyə təşkilatları, sığorta şirkətləri, o cümlədən dünyanın müxtəlif ölkələrindən maliyyə mütəxəssisləri də iştirak ediblər. ASA-nın İcraçı direktoru Abas Miskərli tədbir çərçivəsində təşkil olunmuş “Maliyyəyə çıxış imkanları: investorların və sığorta şirkətlərinin rolu” mövzusuna həsr olunmuş paneldə spiker olaraq çıxış edib. Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının fəaliyyətə başlamasının 25-ci ildönümü münasibətilə ASA və digər maliyyə assosiasiyaları adından AMFA rəhbərliyinə xüsusi plaket təqdim olunub.
Whatsappla göndər
Teleqramla göndər
Facebookda paylaş
Twitterdə paylaş
Bölmədən digər xəbərlər
Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub 19 noyabr 2026 13:30
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub 19 noyabr 2026 12:16
Yunanıstan Azərbaycandan təbii qaz idxalını 11 faiz artırıb 18 noyabr 2026 21:49
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün 18 noyabr 2026 21:18
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib 18 noyabr 2026 20:00
Avropanın Azərbaycan qazına ehtiyacı artır 18 noyabr 2026 18:39
