Argentinada şok ölüm!16 yaşlı futbolçu dünyasını dəyişib


Argentina gənc yaşda ölüm xəbəri ilə sarsıldı.Ezeiza FC infrastrukturunda çıxış edən 16 yaşlı Abel Nunez dünyasını dəyişib.Futbolçu komandasının "Deportivo Muniz"lə oyununda başından aldığı zərbədən sonra yıxılıb.
izmedia.az xəbər verir ki, həkim qruplarının sahəyə ilk müdaxiləsindən sonra xəstəxanaya çatdırılan gənc futbolçu əməliyyat olunub.
Xəstəxanada aparılan cərrahi əməliyyata və həkimlərin bütün səylərinə baxmayaraq, 16 yaşlı Abel Nunes həyatını itirib.
FC Ezeiza verdiyi açıqlamada futbolçusunun vəfatını açıqlayıb, ailəsinə və yaxınlarına başsağlığı verib.Nueva Estrellada matəm səbəbindən günün idman fəaliyyətləri ləğv edilib.
