Ararat Mirzoyan İrəvanda Almaniyanın xarici işlər naziri ilə görüşüb


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri İohan Vadeful ilə İrəvanda görüşüb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri İohan Vadeful arasında görüş keçirilib.
Görüşün detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, səhər saatlarına planlaşdırılan brifinq artıq bir neçə dəfə təxirə salınıb.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə

Report+5 mənbə