Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri İohan David Vadeful arasında geniş tərkibdə görüş keçirilib.
Gunxeber.Az xəbər verir ki, danışıqlar zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə olan məsələlər nəzərdən keçirilib.
Tərəflər 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün tamam olacağını qeyd edərək qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlar əsasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə 2026-cı ilin iyulunda Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəliyin münasibətlərin gələcək inkişafı üçün mühüm çərçivə yaratdığı bildirilib.
İqtisadi əməkdaşlıq da müzakirələrin əsas mövzularından olub. Qeyd edilib ki, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycanın Almaniyaya qaz ixracına isə 2026-cı ilin yanvarından başladığı bildirilib.
Nazirlər ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində mövcud imkanları nəzərdən keçiriblər. 2026-cı ilin iyulunda yaradılan Azərbaycan-Almaniya Biznes Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni platforma olduğu vurğulanıb.
Ceyhun Bayramov Almaniya şirkətlərinin Orta Dəhliz, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və inkişaf layihələrinin yaratdığı imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan XİN rəhbəri işğaldan azad edilmiş ərazilərdə görülən yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə qarşı tərəfə məlumat verib.
Tərəflər, həmçinin təhsil, elm və mədəniyyət sahələrində insanlararası əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
11:40
02:30
23:49
20:30
17:45
12:25
Dərc vaxtına görə
Report+22 mənbə