"Aquşa" uşaqlar üçün təhlükəli imiş...


Məşhur körpə qidası "Aquşa"nın körpələr üçün potensial təhlükəli olduğu aşkar edilib.
Xitab24.az-ın Rusiya mətbuatına istinadən məlumata görə, onun tərkibində yüksək kalsium səviyyəsi aşkar edilib ki, bu da böyrək daşlarına səbəb ola bilər.
"Göstərilən 100 milliqram kalsium əvəzinə laboratoriya qablaşdırmada 222 milliqram kalsium aşkar edib. Bu miqdar məqbul həddədir, lakin "Rospotrebnadzor" (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) etiketləmənin özünün yanlış olduğunu aşkar edib və istehsalçıya xəbərdarlıq edib"
