Anri: "Maykl Olise Fransanı seçmək üçün hər gün mənə zəng edirdi"


Fransa olimpiya yığmasının baş məşqçisi Tyerri Anri Maykl Olisenin milli komandanı seçmək istəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Anri Olisenin İngiltərə millisinin əsas heyəti ilə Avropa çempionatında iştirak edə biləcəyi halda, Fransanın olimpiya yığmasında oynamaq üçün ona hər gün zəng etdiyini bildirib.
"Maykl Olise daim mənə zəng edirdi ki, olimpiya oyunlarında iştirak etsin. Halbuki İngiltərə onu Avropa çempionatına aparmaq istəyirdi. O, İngiltərə ilə Avropa çempionatına gedə bilərdi, amma hər gün mənə zəng vururdu. Onun Fransa yığmasında oynamaq arzusu inanılmaz idi. Mən heç kimi inandırmamışam. Maykl Olise uşaqlıqdan Fransa yığmasını sevir. Bəzi futbolçular gəlmək istəmədi – problem deyil, heç kimə inciməmişəm. Amma belə səviyyəli oyunçu, yeni klubu "Bavariya Münhen"lə münasibətlərini riskə atsa da, gəldi. O dedi: 'Sadəcə klubuma xəbər verəcəyəm ki, olimpiya oyunlarına gedirəm – vəssalam'. Biz Maykl Olisedən danışırıq. Ona böyük hörmətim var", – deyə Anri vurğulayıb.
