Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir


19 Noyabr 2026 11:26
54
CƏMİYYƏT
Əmək bazarının müasir çağırışlarına cavab olaraq dövlət məşğulluq siyasəti də əhəmiyyətli islahat dövrünü keçib. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası icra olunur. Strategiyanın əsas hədəfləri məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən cari il iyulun 20-də Strategiyanın 2026-2030-cu illəri əhatə edən növbəti Tədbirlər Planının təsdiq edilməsi Strategiyanın hədəflərinə nail olunmasına geniş imkanlar yaradacaq: "Əhalinin səmərəli məşğulluğunun təmin edilməsində işəgötürənlərin rolu əvəzolunmazdır və işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir. Ötən müddət ərzində nazirliyimiz məşğulluq sahəsində işəgötürənlərlə münasibətləri inzibati metodlardan daha çox xidmət modeli əsasında qurmaqla işəgötürənlərlə əməkdaşlığın daha da güclənməsinə nail olub", - deyə A.Əliyev qeyd edib.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir
