Braziliyada altıgünlük iş həftəsinin ləğvi ilə bağlı yeni qərar qəbul edilib


15 mənbə əsasında
Braziliya hökuməti altıgünlük iş həftəsini ləğv edərək iki istirahət gününün tətbiq olunmasını nəzərdə tutan fərman dərc edib. Həmkarlar ittifaqlarının və ictimaiyyətin dəstəklədiyi bu dəyişiklik mərhələli şəkildə həyata keçiriləcək və dekabrın 6-dan etibarən həftəlik iş saatları azaldılacaq. Əmək naziri islahatların işçilərin əməkhaqlarının azalmasına səbəb olmayacağını bildirib. Bu təşəbbüs sayəsində Braziliya iş həftəsinin hələ də 48 saat olduğu bir çox Latın Amerikası ölkəsindən fərqlənəcək.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Altıgünlük iş həftəsi ləğv edildi - Bu ölkədə
Braziliya hökuməti altıgünlük iş həftəsini ləğv edən və iki istirahət günü tətbiq edən fərman dərc edib. 32gun.az yazır ki, bu barədə hökumətin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb."Bu cümə axşamı, noyabrın 19-da Braziliya hökuməti altıgünlük iş həftəsinin başa çatmasını tənzimləyən fərmanı dərc edib", — deyə açıqlamada bildirilir.Yeni qaydalar həftəsonu iki istirahət gününə keçidi nəzərdə tutur və bu, həmkarlar ittifaqları, deputatlar və ictimaiyyət tərəfindən dəstəklənən genişmiqyaslı kampaniyanın nəticəsi olub. Dəyişikliklər mərhələli şəkildə tətbiq ediləcək: dekabrın 6-dan etibarən iş həftəsi 44 saatdan 42 saata endiriləcək, 2027-ci ilin dekabrına qədər isə 40 saat təşkil edəcək. Əmək naziri Luis Marinyo xüsusi olaraq vurğulayıb ki, bu islahatlar işçilərin əməkhaqqının azalmasına və ya mövcud əlavələrin ixtisarına səbəb olmayacaq.Bu təşəbbüs Braziliyanı iş həftəsinin bir çox dövlətlərdə hələ də 48 saat təşkil etdiyi qonşu Latın Amerikası ölkələri fonunda önə çıxarır. 40 saatlıq iş qrafikinə keçid indiyədək regionda yalnız Ekvador, Venesuela və Uruqvayda həyata keçirilib.Xatırladaq ki, bundan əvvəl 2027-ci ildə rusiyalıları yeddi qısa iş həftəsinin gözlədiyi məlum olmuşdu — vətəndaşlar iki üçgünlük və beş dördgünlük iş həftəsi ilə qarşılaşacaqlar.Ayaz
Tam oxu 32gun.az saytındaDərc vaxtına görə