Almaniyanın Azərbaycana investisiyaları 950 milyon dollara yaxınlaşıb - Ceyhun Bayramov


Ana SəhifəRƏSMİAlmaniyanın Azərbaycana investisiyaları 950 milyon dollara yaxınlaşıb - Ceyhun Bayramov
RƏSMİ19.11.2026 11:30
2026-cı ilin ilk doqquz ayında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dolları təşkil edib. Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 950 milyon dollara yaxınlaşıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Johann David Vadephul ilə birgə brifinqdə çıxışı zamanı deyib.
Ceyhun Bayramov Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında kifayət qədər geniş hüquqi baza formalaşıb və indiyədək 80 müxtəlif sənəd imzalanaraq qüvvəyə minib.
Nazir bildirib ki, hazırda Azərbaycanda 210 Almaniya şirkəti aktiv fəaliyyət göstərir. Almaniyanın ölkə iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi isə 950 milyon ABŞ dollarına yaxındır.
Azərbaycan qazının Almaniyaya tədarükünə başlanılıb
Ceyhun Bayramov ənənəvi olaraq xam neft ixracı ilə xarakterizə olunan Azərbaycan-Almaniya enerji əməkdaşlığında yeni istiqamətin yarandığını qeyd edib.
O bildirib ki, Azərbaycan qazının Almaniyaya tədarükünə başlanılıb. Bununla da Azərbaycanın qaz təchizatı həyata keçirdiyi ölkələrin sayı 16-ya çatıb.
MüəllifFuad
Yüklənir...
Dərc vaxtına görə
