Bakıda 10 Rusiya təchizatçısının iştirakı ilə biznes-missiya keçirilib


Noyabrın 17-18-də Bakıda qida məhsulları, əczaçılıq, tikinti, aqrar-sənaye sahəsi və kimya sənayesi üzrə 10 Rusiya təchizatçısının biznes-missiyası keçirilib.
Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin məlumatına görə, tədbir çərçivəsində rusiyalı ixracatçılara distribüter və birbaşa satış kanalları ilə iş imkanları, kontragentlərlə qarşılıqlı fəaliyyət şərtləri, ölkə bazarında ixrac əqdlərinin baza hazırlığı və icrası qaydaları təqdim olunub.
İştirakçılara, həmçinin xarici iqtisadi fəaliyyətlə bağlı məsələlərin həlli zamanı şirkətlərin "bir pəncərə" prinsipi ilə qarşılıqlı fəaliyyətinin və Rusiya nümayəndəlikləri sisteminin üstünlükləri barədə məlumat verilib. Eləcə də potensial ixrac tərəfdaşlarının qiymətləndirilməsi alətləri, logistika və ödəniş mexanizmləri, müqavilə öhdəliklərinin icrası ilə bağlı məsələlərin məhkəməyəqədər tənzimlənməsi imkanları təqdim edilib.
Görüşün yekununda 2026–2027-ci illərdə ixrac potensialının reallaşdırılması zamanı Moskva vilayətinin ixracatçıları ilə gələcək qarşılıqlı fəaliyyətə dair razılıq əldə olunub.
1 mənbə