“PAŞA Həyat Sığorta” səhmdarlarını növbədənkənar yığıncağa çağırır
Banker.azNurane


“PAŞA Həyat Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Banker.az xəbər verir ki, yığıncaq 27 dekabr 2026-cı il tarixində saat 10:00-da baş tutacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağı şirkətin inzibati binasında keçiriləcək.
Şirkətin verdiyi məlumata əsasən, yığıncağın gündəliyinə digər məsələlər daxildir. Müzakirə olunacaq məsələlərin detalları qeyd olunmamışdır.
