Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər


Xristian Demokrat İttifaqı / Xristian Sosial İttifaqı bloku və Sosial-Demokrat Partiyasının daxil olduğu Almaniyanın hakim koalisiyası miqrasiya siyasəti sahəsində yeni islahatları müzakirə edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bild” qəzeti yayıb.
Bildirilib ki, təklif olunan dəyişikliklərin siyahısına pasportun əldə olunması üçün Almaniyada minimum yaşama müddətinin 5 ildən 8 ilə qədər artırılması daxildir.
Eyni zamanda, ikili vətəndaşlıq almaq haqqının məhdudlaşdırılması da təklif olunur. Bununla belə, dəyişikliklər artıq ikili vətəndaşlığı olan şəxslərə şamil edilməyəcək.
Bundan əlavə, qeyd olunub ki, B2 səviyyəsində alman dili biliyi üzrə imtahanın mütləq zəruri olması nəzərdən keçirilə bilər. Hazırda Almaniya vətəndaşlığı əldə etmək üçün B1 səviyyəsində alman dili bilmək tələb olunur.
Dərc vaxtına görə
Qafqazinfooxuduğunuz
Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər
