Almaniyada elektrik vergisi azaldılacaq, yanacağın qiymətinə məhdudiyyət qoyulacaq


Almaniyanın koalisiya hökuməti 2027-ci ilin əvvəlindən elektrik vergisinin Avropa İttifaqının (Aİ) minimum səviyyəsinə endirilməsi və yanacağın qiymət artımının məhdudlaşdırılması ilə bağlı razılığa gəlib.
Razılaşmaya əsasən, elektrik vergisi bir il müddətinə hər kilovat-saat üçün 2,05 avro sentdən 0,1 avro sentə endiriləcək. Həmçinin 2027-ci il yanvarın 1-dən yanacağın qiymət artımını məhdudlaşdıran mexanizmin tətbiqinə başlanacaq.
Vergi güzəştinin hər bir ev təsərrüfatına ayda orta hesabla 7,50 avro qənaət etdirəcəyi, dövlət büdcəsinə isə illik 5-5,4 milyard avro gəlir itkisi yaradacağı proqnozlaşdırılır.
Qərar Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyasından (SPD) ibarət koalisiyanın keçirdiyi müzakirələrdən sonra qəbul edilib.
1 mənbə
