Almaniya elektrik enerjisinə vergini kəskin azaldır


Almaniya hökuməti əhalinin və müəssisələrin enerji xərclərini azaltmaq məqsədilə elektrik enerjisinə tətbiq edilən verginin müvəqqəti olaraq aşağı salınması barədə razılığa gəlib.
Xitab24.az “Global Banking & Finance” nəşrinə istinadən xəbər verir ki, hökumət koalisiyasının razılaşmasına əsasən, elektrik enerjisinə vergi 2027-ci il yanvarın 1-dən bir il müddətinə hər kilovat-saat üçün 2,05 avrosentdən 0,1 avrosentə endiriləcək.
Qiymət müqayisəsi platforması Verivox-un hesablamalarına görə, bu qərar orta ev təsərrüfatına illik təxminən 93 avro qənaət etməyə imkan verəcək. Bu isə elektrik enerjisi üzrə illik ödənişlərin təxminən 7 faiz azalması deməkdir.
Almaniya Kansleri Fridrix Merts qərarın xüsusilə ailələr və kiçik sahibkarlıq subyektləri üçün faydalı olacağını bildirib.
Bununla belə, iqtisadçılar vergi güzəştinin dövlət büdcəsinə əlavə yük yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Müəssisələr isə güzəştin bir ildən daha uzun müddətə tətbiq olunmasını istəyirlər.