Aleks Pereyra və Sergey Pavloviç ilk dəfə üz-üzə gəlib


Aleks Pereyra və Sergey Pavloviç UFC 335 turnirindəki döyüşləri öncəsi ilk dəfə üz-üzə gəliblər. Onların qarşılaşması 12-dən 13 dekabr gecəsinə planlaşdırılıb və Las Veqasda baş tutacaq.
Offsideplus.az xəbər verir ki, döyüşçülər ağır çəki dərəcəsində beş raundluq qarşılaşmada qüvvəsini sınayacaq. Bu döyüş turnirin ikinci əsas qarşılaşması olacaq. Gecənin əsas döyüşündə isə Çarls Oliveyra ilə Dieqo Lopes üz-üzə gələcək. Pereyra bu döyüşə Siril Qana məğlubiyyətdən sonra çıxır. İyun ayında braziliyalı idmançı ağır çəkidə debütündə fransalı rəqibinə ikinci raundda texniki nokautla uduzub. Bundan əvvəl Pereyra UFC-nin orta və yarımağır çəki dərəcələrində kəmər sahibi olub. Pavloviç isə ardıcıl üç qələbə seriyası ilə bu qarşılaşmaya gəlir. Son döyüşündə rusiyalı döyüşçü Tallison Teyşeyranı cəmi 39 saniyəyə nokaut edib. Onun peşəkar karyerasında 21 qələbə və üç məğlubiyyət var, Pereyranın isə 13 qələbə və dörd məğlubiyyəti mövcuddur.
